Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:13

Deputat: 'Daha bir neçə bank bağlana bilər'


Vahid Əhmədov
Vahid Əhmədov

«Bankların sağlamlaşdırılması hökmən baş verməlidir. Bu olmadan maliyyə sistemini dayanıqlı hala gətirmək mümkün olmur. Cənab prezident İlham Əliyev də bildirib ki, ölkənin maliyyə sisteminə ən ağır zərbəni məhz banklar vurub».

Bunu AzadlıqRadiosuna deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edir ki, ötən il 10 bank bağlanıb, daha bir neçə bank da bu taleyi yaşaya bilər: «Düzdür, bankların bağlanmasının tərəfdarı olmamışam. Daha çox təmərküzləşmənin, daha iri həcmə malik bankların formalaşmasının tərəfdarıyam».

***Buna da bax-Deputat: 'Bahalığı yalnız dollara bağlamaq mənasızdır'

V.Əhmədov bankların sağlamlaşma prosesinin ağır getdiyi qənaətindədir: «Bankların bağlanması əmanətlərin qaytarılmasında problemlər yaradır. Kreditlərin verilməsi dayanıb. 65 yaşdan yuxarı şəxslərə kredit verilməməsi, yaxud maaşı 300 manatdan çox olmayanların 600 manatdan çox kredit ala bilməməsi qanunsuz addımlardır. Vətəndaşın hüquqlarına sayğısızlıqdır».

V.Əhmədov bildirir ki, vaxtıkeçmiş kreditlər problemi həllini tapmadan bankların sağlamlaşdırılması çətin olacaq: «Bu problemin həlli üçün deputat həmkarım Əli Məsimli ilə birgə 14-səhifəlik təkliflərimizi müxtəlif instansiyalara göndərmişik. Göstərmişik ki, bu problemin həllində hansı vasitələr var və nə etmək olar».

V.Əhmədov 2016-cı ilin yanvarında bahalığa etiraz olaraq Siyəzəndə keçirilən aksiyada həbs edilən 11 nəfərə bu günlərdə 4 ildən 6 ilə kimi həbs cəzalarının verilməsini isə belə dəyərləndirib: «Nəyəsə etiraz etmək olar. Amma bir yerdə etiraz iğtişaşa dönürsə, hakimiyyətin tədbir görmək kimi məsuliyyəti və vəzifəsi var. Mən isə dinc həddi keçən hər bir tədbirin əleyhinəyəm».

Siyəzənə hərbi texnika yeridildi
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

XATIRLATMA

Milli Məclisin deputatları Əli Məsimli və Vahid Əhmədov ötən il dollar kreditləri ilə bağlı hökumətə 14-səhifəlik Paket göndərmişdilər

Həmin təkliflərdə problemli kreditlərlə bağlı ziyanın bölüşdürülməsi öz əksini tapırdı. Deputatlar hesab edirdilər ki, yük yalnız vətəndaşın üzərinə düşməməli, bank və dövlət də bu məsələdə yardımçı olmalıdırlar.

«Bu məqsədlə biz risklərin «dördbucaq sistemi» üzrə dövlət–Mərkəzi Bank-kommersiya bankları–əhali arasında ədalətlə bölüşdürülməsi variantından istifadə etmişik»,-deyə Əli Məsimli qeyd edirdi.

***Buna da bax-İki deputat dollar kreditlərinə dair 'dördbucaqlı' təkliflər hazırlayıb

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb. Çoxlu sakin saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Həmin məlumatda fakt üzrə Cinayət Məcəlləsinin 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya ziyan vurma), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə cinayət işi açıldığı bildirilirdi.

Ölkənin hüquq-müdafiə təşkilatları həmin şəxslərin «siyasi məhbus» kimi tanınması istiqamətində fəaliyyətə başlayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG