Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Daşınar əşya ipotekasının qeydiyyat rüsumu müəyyənləşdirilib


Heyvanlar.

Daşınar əşya ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi müəyyənləşdirilib.

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər barədə 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 2.0.10-2-ci maddə əlavə edilir:

"2.0.10-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;".

Buna da bax:​ 'Fitch' İpoteka Fonduna 'neqativ' proqnoz verdi

Aşağıdakı məzmunda 25-2-ci maddə əlavə edilir:

"Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

".

1

2

Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün

10 manat

Qanunun 26.4-cü maddəsində "təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata" sözləri "əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına" sözləri ilə əvəz edilir.

Buna da bax: 'Belə çıxır, MİDA da bu işdən pul qazanmaq niyyətindədir'

Hər girovun qeydiyyata alınmaması problem doğurur

Daşınar əmlak deyərkən, torpağa bağlanmayan, daşınmaz əmlakın əksi olan əmlak nəzərdə tutulur . Heyvanlar, özü hərəkət edə bilən əşyalar - pullar, məcburi tələb hüquqları, qiymətli kağızlar, borc şəhadətnamələri, icra vərəqələri də daşınar əmlak sayılır. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyalar ipoteka predmedi ola bilər. Ancaq hər girovun qeydiyyata alınmaması problemlər yaradır.

“Qeydiyyatı olmadığından, ona etimad da azdır”

Hüquqşünas Əkrəm Həsənov deyir ki, söhbət ipoteka predmeti, yəni dövlət qeydiyyatı olan daşınar əmlakdan gedir: “Digər daşınar əmlakların girovu var, sadəcə, qeydiyyata alınmır. Bu səbəbdən, rüsumu da yoxdur. Qeydiyyatı olmadığından, ona etimad da azdır. Beynəlxalq Maliyyə Korporasiyası (İFC) da indiyədək irəli sürdüyü təkliflərdə məhz bunu nəzərdə tuturdu”.

Buna da bax:​ İpotekalı evlərin sökülməsi bankları narahat edir

IFC deyir ki...

Ekspert əlavə edir ki, istənilən əşya, tutalım, şalvar və ya köynək də reyestr qeydiyyatı ilə girov qoyulmalıdır: “Məsələn, telefonun girovunun qeydiyyatı yoxdur, amma mümkündür, sadəcə, etibarlı deyil. Telefonu banka girov qoyub sata da bilərəm, alan da girovda olduğunu bilməyəcək. Amma avtomobilin girovunun qeydıyyatı var, ona görə son qanunla rüsum nəzərdə tutulub. IFC deyir ki, hər hansı daşınar əmlakın, məsələn, telefonun da girovunun reyestri olsun”.

Günün bütün mövzuları

XS
SM
MD
LG