Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 12:35

Qəbiristanlıq əraziləri bələdiyyələrə verilə bilər


Milli Məclis

Azərbaycanda qəbiristanlıq ərazilərinin bələdiyyələrin ixtiyarına veriləcəyi gözlənir.

Qəbiristanlıqdan ötrü nəzərdə tutulmuş torpaqların bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .

APA-nın məlumatına görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılmalıdır.
Hazırda qəbristanlıq əraziləri vahid bir qurumun ixtiyarında deyil.

Multimedia

XS
SM
MD
LG