Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 09:06

Dünən İraqda 200-dək adam həlak olub


Bu, İraqda dörd il sürən müharibə ərzində ən qanlı hücumlardan biridir
Bu, İraqda dörd il sürən müharibə ərzində ən qanlı hücumlardan biridir
İraqın Kataniya şəhərində partlayışlar zamanı azı 175 adam həlak olub, 200-dən çoxu isə yaralanıb.

Kamikadzelər xüsusi dini cərəyanın ardıcıllarının - yezidi kürdlərin yaşadıqları rayonda minalanmış yük maşınlarını partladıblar.


Bu, İraqda dörd il sürən müharibə ərzində ən qanlı hücumlardan biridir.


Bundan qabaq Bağdadın həndəvərində ölkənin şimal hissəsinə aparan körpü partladılıb. Azı 10 nəfər ölüb.


Bağdadın qərbində isə Amerika vertolyotu qəzaya uğrayıb. Beş hərbçi həlak olub. Ümumilikdə, ötən sutka ərzində İraqda 10 ABŞ hərbi qulluqçusu ölüb.


XS
SM
MD
LG