'Tam fərqli AzTV' gəlir, tənqidçilər inanmır: 'Jurnalistləri xaricdə oxusalar da...'
Proqram siyasəti dövlətçilik ideyalarının təbliği olan AzTV-nin sədri Rövşən Məmmədov deyib ki, kanalda köklü dəyişikliklər gözlənilir: "Bu gün AzTV-nin xəbər komandasında iki-üç CNN əməkdaşı çalışır. İlin sonunda tamamilə fərqli və yeni bir AzTV-nin şahidi olacağıq, daha böyük auditoriya tərəfindən izlənilən kanala çevriləcəyik. Amma AzTV nə qədər dəyişsə də, öz ənənəsini və formatını qoruyub saxlayacaq". Media tənqidçiləri isə AzTV-nin informasiya siyasətini tənqid edir, materialların jurnalistikanın balans və obyektivlik prinsiplərindən uzaq olduğunu düşünürlər: "AzTV-nin jurnalistləri Avropa kanallarında təcrübə keçsələr, hətta xaricdə yenidən jurnalistika təhsili alsalar belə, geri qayıtdıqda yenə də dövlət təbliğatına xidmət edəcəklər. Çünki Azərbaycandakı repressiv siyasi sistem senzura tələb edir. Daha geniş auditoriyaya isə ancaq tənqidə və real plüralizmə yer verildiyi halda çatmaq mümkündür".