MeydanTV məhkəməsi bərpa olundu: Şəmşad Ağa 'saxta iş' dedi, mikrofon söndü
"MeydanTV işi" üzrə məhkəmə prosesi altıaylıq fasilədən sonra yenidən başlayıb. Bu iş çərçivəsində həbsdə olan "arqument.az" saytının baş redaktoru Şəmşad Ağanın qardaşı prosesin gərgin keçdiyini, jurnalist çıxış edərkən mikrofonun söndürüldüyünü bildirib: "Şəmşad Ağa hər şeyin yanlış olduğunu, bu işin saxta və sifarişli xarakter daşıdığını faktlarla hakimə sübut edir. Şəmşad bəy çıxışında bir neçə dəfə bu fikri vurğulayıb: "İndiyə kimi Azərbaycanda siyasi məhbuslara qarşı aparılan cinayət işləri başdan-ayağa saxtadır, saxta kağızlarla aparılır".
Arxiv
-
İyul 14, 2026Televiziyaya baxanların sayı niyə azalır?
-
İyul 13, 2026Əliyev Azərbaycanı Avropa Şurasından çıxarmaq istəyir?