Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 21:58

1392 gündəlik yoluxma aşkarlanıb, 29 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2274 nəfər sağalıb.

Bu məlumatı aprelin 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 317913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287298 nəfər sağalıb, 4490 nəfər vəfat edib, aktiv xəstə sayı 26125 nəfərdir".

Operativ Qərargahdan bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11756, ötən müddət ərzində isə ümumilikdə 3229867 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG