Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 18:45

1809 gündəlik yoluxma aşkarlanıb, 33 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1809 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 2191 nəfər sağalıb.

Bu məlumatı aprelin 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 309789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274766 nəfər sağalıb, 4307 nəfər vəfat edib, aktiv xəstə sayı 30716 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11097, ötən müddət ərzində isə ümumilikdə 3164974 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG