Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:15

Müsavat Partiyasının qərargahına giriblər


Müsavatın qərargahı

Avqustun 19-da gecə saatlarında naməlum şəxslər Müsavat Partiyasının Binəqədi rayonunda yerləşən qərargahının pəncərələrini sındırıb, ora daxil olublar.

Bu barədə AzadlıqRadiosuna müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

A.Hacılı bildirib ki, pəncərədə olan dəmir barmaqlıqlar kəsilib və iki kondisioner oğurlanıb: "Naməlum şəxslər həm yuxarı, həm aşağı mərtəbənin pəncərələrini sındırıblar, dəmir barmaqlıqları kəsiblər və qərargaha daxil olublar. Hələlik, bizə məlum olan odur ki, iki kondisioner aparılıb, başqa nəyinsə aparılması barədə, hələlik, bilgi yoxdur. İndi biz baxırıq, araşdırırıq".

A.Hacılı əlavə edib ki, hadisə ilə bağlı polisə müraciət olunub: "Polisə müraciət etmişik. Həm Binəqədi Rayon Polis İdarəsindən, həm 5-ci polis bölməsindən xeyli polis işçiləri gəlib və hazırda əməliyyat tədbirləri həyata keçirirlər. Qərargahla üzbəüz obyektin üzərində Müsavat Partiyasının önünü göstərən iki kamera quraşdırılıb və bu kameralarda həmin hadisənin görüntülərin olması ehtimali kifayət qədər yüksəkdir. Mənimlə görüşən polis əməkdaşları dedilər ki, onlar bu məsələyə çox ciddi yanaşırlar və qısa müddətdə bu cinayəti törədənlər cəzalanacaq".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG