Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 10:45

'Müdafiə xətti': 25 nəfər həbs olunub


Əli Kərimli: 'Həbsimə hazıram'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Əli Kərimli: 'Həbsimə hazıram'

İyulun 14-i və 15-də Milli Məclisin qarşısında baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi ilə əlaqədar 25 nəfər barəsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə "Müdafiə xətti" adlı hüquq müdafiə təşkilatı məlumat yayıb.

Məlumata görə, həbs olunan şəxslərdən 9 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), 1 nəfər Azərbaycan Demokratiya və Rifah Hərəkatın üzvü, 2 nəfər Müsəlman Birliyi Hərəkatının tərəfdaşı, 1 nəfər isə Naxçıvan Muxtar Respublikanın Daxili İşlər nazirinin keçmiş müavini Siyavuş Mustafayevdir: "Həmin şəxslər Cinayət Məcəlləsinin 186.2.1, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə açılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində həbs olunub. Barələrində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aya qədər həbs-qətimkan tədbiri seçilib".

Xəstəlik yaymaqda günahlandırılanlar

Təşkilatdan bildirilib ki, iyulun 14-də Qarabağa dəstək yürüşündə iştirak edən daha 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (Yoluxucu xəstəlikləri yaymaq) maddəsi ilə cinayət işi açılıb və onlar barəsində də 3 aylıq həbs-qətimkan tədbiri seçilib: "Onlardan biri AXCP üzvüdür, biri isə AXCP Rəyasət Heyətin üzvü Məmməd İbrahimin oğludur".

Təşkilatın məlumatına görə, son günlər saxlananlardan AXCP-nin 7 üzvü inzibati qaydada həbs olunub, 7 nəfər sərbəst buraxılıb, 3 nəfərin taleyi isə məlum deyil.

Təşkilat həbs olunan və saxlanan şəxslərin sayının daha çox ola biləcəyini istisna etmir.

Amma bu məlumatı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrlə bağlı ümumilikdə 70-dən çox şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb.

XS
SM
MD
LG