Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 19:35

AB liderləri 750 milyard avroluq paketi razılaşdırıblar


Avropa Komissiyasının Prezidenti Ursula Von Der Leyen (solda) və Charles Michel (sağda)

Avropa Birliyi liderləri 750 milyard avro (860 milyard dollar) dəyərində koronavirusa qarşı iqtisadi yardım paketini razılaşdırıblar. Razılaşma sammitin dördüncü günündə əldə olunub.

Bu məbləğ virusdan ciddi ziyan görmüş ölkələrə kreditlər və qrantlar şəklində ayrılacaq. Liderlər həmçinin AB-nin gələn yeddi il üçün 1,1 trilyon avroluq büdcəsi üzrə razılaşma əldə ediblər. Bu, indiyədək görünməmiş məbləğdir.

AB Şurasının Prezidenti Charles Michel Twitter-də “Saziş!” sözünü yazıb. Fransa Prezidenti Emmanuel Macron isə bunu “Avropa üçün tarixi gün” adlandırıb.

Sammit iyulun 17-18-də keçirilməliydi, ancaq 27 üzvü olan blok pandemiyaya qarşı yardım paketini, eləcə də ümumi büdcəni razılaşdıra bilmədiyindən iki gün də uzadıldı.

750 milyardın 390 milyardı qrantlar, 360 milyardı isə kredit şəklində ayrılacaq.

İlkin olaraq 500 milyard avronu qrant şəklində ayırmaq təklif olunurdu, ancaq blokun bəzi üzvləri buna qarşı çıxırdı.

Şərhlər

XS
SM
MD
LG