Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:53

Deputatın 3 yaşlı oğlunun qətlində şübhəlilər saxlanıb


Avtomobilinə atəş açılıb
Avtomobilinə atəş açılıb

Ukrayna polisi 18 və 19 yaşlı iki nəfəri saxlayıb, onlar deputat və biznesmenin 3 yaşlı oğlunun güllələnərək öldürülməsində şübhəli bilinir.

Kiyev regional şurasının deputatı Vycheslav Sobolyev dekabrın 1-də ailəsi ilə sahibi olduğu restorandan çıxarkən avtomobilinə atəş açılıb, güllə oğluna dəyib.

Polis 3 yaşlı Oleksandr-ın xəstəxanaya aparılarkən yolda keçindiyini bildirir.


Mümkün motivlər

Kiyevin polis rəisi Andriy Kryshchenko dekabrın 2-də Kiyevdə brifinqdə deyib ki, hadisədə şübhəli bilinən “18 və 19 yaşlı iki gənc kişi” saxlanıb.

Planlaşdırılmış qətl hesab olunan bu cinayətə görə maksimum cəza ömürlük həbsdir.

Polis atəşin yaxınlıqdakı binadan açıldığına inanır. Dövlət polisinin rəhbəri Ihor Klymenko deyib ki, müstəntiqlər və əməliyyatçılar “qətlin törədildiyi silahları”, “saxta sənədlər” aşkarlayıblar və şübhəlilər Kiyevdən deyil.

Hazırda cinayətin mümkün motivləri kimi şəxsi, biznes və siyasi səbəblər araşdırılır.

Biznesmen Sobolyev Donetsk regionunun Yenakiyeve şəhərindəndir. Keçmiş prezident Viktor Yanukovych də həmin şəhərdəndir.

Sobolyev-in sürdüyü maşın təsis etdiyi şirkətə məxsusdur. Həmin şirkətin adı Ukraynanın şərqində terrorçuluğun maliyyələşdirilməsi üzrə aparılan cinayət işində keçir. Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla münaqişədə 2014-cü ilin aprelindən 13 mindən çox adam öldürülüb.

Məhkəmə sənədlərində nə var

Slidstvo.info araşdırmaçı jurnalistika qrupu məhkəmə sənədlərinə istinadla yazır ki, 2017-ci ilin yanvarında Sobolyev-in birbaşa əlaqələri olan bu və digər şirkətlərdən Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk regionlarında biznes sövdələşmələrini qanuniləşdirməkdən ötrü istifadə olunub.

Məhkəmə sənədlərində adı çəkilən digər şirkət Sobolyev-in 1997-ci ildə qurduğu və 2007-ci ildə satdığı supermarket şəbəkəsidir.

Sobolyev sürdüyü maşını gəlir deklarasiyasında da göstərib.

O, Kiyev regional şurasına 2015-ci ildə Petro Poroshenko Blokundan seçilib. Keçmiş prezident Poroshenko bu ilin aprelində seçkidə Volodymyr Zelenskiy-ə uduzdu.

Sobolyev 2011-ci ilin martınadək bir il ərzində Naftogaz dövlət neft-qaz konqlomeratının direktoru müavini, Donetsk merinin müavini vəzifələrində də çalışıb.

O, atışmadan sonra polis mühafizəsi ilə təmin olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG