Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Azərbaycan ilk xalını qazanıb


Futbol

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilk xalını qazanıb. Bakıda sentyabrın 9-da «Bakcell Arena»da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.

Matçın 11-ci dəqiqəsində Azərbaycan yığmasının qapısına təyin olunmuş 11-metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Oyunun 72-ci dəqiqəsində Azərbaycan futbolçusu Təmkin Xəlilzadə cavab qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib -1:1.

Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Sentyabrın 9-da bu qrupda həmçinin, Macarıstan yığması doğma divarlar arasında Slovakiya yığmasına məğlub olub.

Bakıda xal itirsə də, Xorvatiya yığması 5 oyundan sonra E qrupuna 10 xalla liderlik edir. Slovakiya və Macarıstan 9 xalla 2-ci, 3-cü yerləri bölüşdürür. 6 xalla 4-cü yerdə olan Uels yığması isə qrupda hamıdan bir oyun az keçirib. 5 oyundan sonra cəmi 1 xala yiyələnən Azərbaycan yığması qrupda sonuncu yeri tutur.

Xatırlatma

Qrupun ilk oyununda səfərdə Xorvatiyaya 2:1 hesabı ilə yenilən Azərbaycan yığma komandası daha sonra doğma meydanda Macarıstana 1:3, Slovakiya seçməsinə isə 1:5 hesabı ilə məğlub olmuşdu. Daha sonra isə Azərbaycan yığması səfərdə Uels yığmasına 2:1 hesabı ilə uduzmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG