Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 09:51

Məruzəçi gəlib


T.S.Evarsdottir

Bu gün, sentyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbus sayılan şəxslərlə bağlı məruzəçisi Torhild Sunna Evarsdottir Azərbaycana gəlib.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin verdiyi məlumata görə, T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirəcək. Onun həmçinin, vətəndaş cəmiyyətin nümayəndələri ilə görüşlərinin də nəzərdə tutulduğu bildirilir.

Səfərin sentyabrın 7-də başa çatacağı gözlənir.

İslandiyadan olan deputat T.S.Evarsdottir ötən il iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat «Azərbaycandakı siyasi məhbuslar» adlanan hesabat hazırlamalıdır. Bu, həmin vəzifədə onun Azərbaycana ilk səfəridir.

Xatırlatma

Yerli hüquq müdafiəçilərin hazırladıqları siyahılara görə, Azərbaycanda 120-yə yaxın siyasi məhbus var. Amma hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG