Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

21 vəzifəli şəxs cərimə olunub


Maliyyə Nazirliyi

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin yanvar-iyun aylarında 756.8 min manat artıq və əsassız ödənişlər aşkarlayıb.

Bu barədə nazirliyin bu gün, avqustun 27-də yaydığı məlumatda yazılıb. Məlumata görə, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299.9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlikdən həmçinin bildirilib ki, hesabat dövründə də büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib. Qeyd edildiyinə görə, 21 vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq, ümumilikdə 20.5 min manat inzibati cərimələr tətbiq edilib. «Cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub», - məlumatda yazılıb.

Həmin maddələrdə söhbət dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatlarda maliyyə qaydalarının pozulmasından gedir. Həmin maddələr üzrə maksimum 1500 manat cərimə nəzərdə tutulur.

Xatırlatma

Amma müxalifət və bir sıra müstəqil ekspertlər büdcə vəsaitinin mənimsənilməsi sahəsində görülən işləri heç də yetərli saymırlar. Onların fikrincə, bu sahədə yalnız xırda, kosmetik tədbirlər görülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG