Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Azərbaycan və Ermənistan nazirləri yenə görüşəcək


Vaşinqton görüşü. 20 iyun 2019

Azərbaycanla Ermənistan xarici işlər nazirlərin növbəti görüşü nəzərdə tutulub.

Bu barədə «Turan» agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü barədə anons hələ bu il iyunun 20-də onların ABŞ paytaxtı Vaşinqtonda gerçəkləşən görüşündən sonra verilib: «Lakin görüşün yeri və vaxtı barədə, hələlik, konkret məlumat yoxdur. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq».

İyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistanın xarici işlər nazirləri həmsədrlərin vasitəçiliyi ilə görüşüblər. 3 saatdan çox sürən görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Vaşinqton görüşündə həmsədrlərin hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim etdikləri vurğulanıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG