Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:51

Metronun 'Sahil' stansiyası işıqsız qalıb


Metro

Bu gün, avqustun 20-də metronun «Sahil» stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.

Bununla bağlı «Report»a açıqlama verən «Bakı Metropoliteni» QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub.

«Bu gün saat 10:55-də «Sahil» stansiyasına gələn elektrik xəttində gərginlik düşdüyü üçün stansiyada işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. Ümumilikdə stansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə, elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib», - B.Məmmədov əlavə edib.

QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.

Multimedia

XS
SM
MD
LG