Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:32

MİQ-29-un fraqmentləri tapılıb [Fotolar]


MİQ-29

Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi dünən, avqustun 8-də axşam saatlarında müəyyən edilib.

Bu barədə avqustun 9-da Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb: «Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür».

Türkiyə Müdafiə Nazirliyinin Twitter səhifəsində təyyarənin suyun altındakı görüntüsü və dalğıcların suyun üzərinə çıxardığı xırda bir hissənin fotosu verilib.

Lakin məlumatda itkin pilotla bağlı, hələlik, heç nə qeyd edilmir.

Xatırlatma

İyulun 24-də axşam uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 hərbi təyyarəsi qəfil radardan itib.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG