Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:37

Müsavatçının şikayəti təmin edilməyib


Ə.Sadıqbəyli

Aprelin 25-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası Gənclər Komitəsinin sədri Əbülfəz Sadıqbəylinin şikayətini təmin etməyib. Ə.Sadıqbəyli məhkəmədən bəraət istəyib.

«Cinayət işində ən böyük zərərçəkən mənəm. Amma mənə cəza verilib», - Ə,Sadıqbəyli deyib.

Dövlət ittihamçısı Müstəcab Əliyev ittihamın məhkəmədə sübut olunduğunu deyib və hökmün qüvvədə saxlanmasını istəyib.

Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Ə.Sadıqbəyli Apellyasiya Məhkəməsinin qərarı ilə razı deyil və kassasiya şikayəti verəcəyini söyləyib.

2018-ci il noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəylinin barəsində həbs-qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham verilib. O, «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb istifadə etməkdə suçlanıb.

İttihama görə, gənc fəal bankın krediti ilə aldığı «Niva» markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edib. Ə.Sadıqbəyli isə ittihamla razılaşmır.

Bu il martın 6-da Qaradağ Rayon Məhkəməsi ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verib. Onun həbsdə saxlandığı 3 ay 15 günün hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub. Ona görə də cəzasından 7 ay çıxılıb. Üzərində 1 il 11 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanan Ə.Sadıqbəyli məhkəmə zalından azadlığa buraxılıb.

Multimedia

XS
SM
MD
LG