Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Azərbaycanda təhlükəli tullantılar artıb


Ev tikib zibilə düşənlər
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Ev tikib zibilə düşənlər

2018-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896.1 min ton tullantı əmələ gəlib.

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, aprelin 24-də yaydığı məlumata görə, bu, əvvəlki illə müqayisədə 5.1 faiz çoxdur: «Onların 60.6 faizini bərk məişət tullantıları, 39.4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

DSK bildirir ki, ötən il yaranmış 1756.1 min ton bərk məişət tullantılarının 31.2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0.3 faizi ölkə daxilində satılıb, 68.5 faizi isə zibilxanalara daşınıb: «Məişət tullantılarından istifadə hesabına 162.2 milyon kVt saat elektrik enerjisi istehsal edilib. Bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51 faizini təşkil edir».

DSK qeyd edir ki, müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338.7 min ton və ya 2017-ci illə müqayisədə 27.3 faiz çox təhlükəli tullantı yaranıb. Tullantıların ümumi miqdarında onların payının 11.7 faiz olduğu açıqlanıb.

«Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il (2018) 64.2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir. Tullantıların 49.9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür», - DSK vurğulayır.

Multimedia

XS
SM
MD
LG