Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:41

Yazda qış əlaməti…


Yağış

Aprelin 17-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 17-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənir. Bu da meteohəssas insanlardan ötrü əlverişsiz sayılır.

Multimedia

XS
SM
MD
LG