Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:21

AQTA adından rüşvət alındığı açıqlandı


AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Qurumun bu gün, aprelin 12-də yaydığı məlumata görə, son günlər onun adından istifadə edərək, kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər alıb.

Agentlik vurğulayır ki, Bakı şəhəri, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrində özlərini Agentliyin əməkdaşları kimi təqdim edib sahibkarlardan aylıq pul istəyən şəxslərlə bağlı gələn şikayətlər öz təsdiqini tapıb.

AQTA bəyan edir ki, həmin şəxslər onların əməkdaşları deyil. Qurum həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsindən ötrü məlumatları aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim etdiyini vurğulayır.

Agentlik həmin şəxslərin ad və soyadını çəkmir. Qurumun hüquq-mühafizə orqanlarına şikayət etdiyi şəxslərin iddialara münasibəti, hələlik, bəlli deyil.

Xatırlatma

Prezident İlham Əliyev 2017-ci il fevralın 10-da «Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayıb. Bir il sonra bu agentlik yaranıb.

Bu qurum Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə, risklərin təhlili və qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasına cavabdehdir.

Multimedia

XS
SM
MD
LG