Aprelin 2-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.
Aprelin 2-də Azərbaycanın əksər rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 2-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.