Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:01

Od çərşənbəsidir


Novruz

Bu gün - martın 5-də Novruzun ikinci- Od çərşənbəsi qeyd olunacaq.

Buna xalq arasında «Üskü çərşənbə» də deyilir.

Bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, bu çərşənbədə tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Əslində bütün çərşənbələrdə tonqal qalanır.

Bundan əvvəl isə Su çərşənbəsi keçirilmişdi. Martın 12-də Yel, martın 19-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli ölkəyə bu il martın 21-də Bakı vaxtı ilə saat 01:58-də qədəm qoymalıdır. Novruz adətinə uyğun olaraq, bayram ərəfəsinə düşən dörd həftənin çərşənbə günləri beləcə xüsusi olaraq qeyd olunur.

Multimedia

XS
SM
MD
LG