Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 06:18

Daha 3 idmançı cəza aldı


Dopinq

Azərbaycan Milli Antidopinq Agentliyi daha bir neçə idmançını cəzalandırıb.

Bu barədə qurumdan bildiriblər.

Qurumdan verilən məlumata görə, bunlar güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayevdir. Onlar dopinqdən istifadədə günahlandırılırlar.

Agentlik bildirir ki, yoxlama zamanı hər üç idmançının orqanizmində qadağan edilmiş maddə təsbit olunub. Üstəlik, C.Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı qadağanı pozmaqda günahlandırılır.

C.Süleymanov 2018-ci il yanvarın 18-dən 2026-cı il yanvarın 18-nə kimi cəza alıb. U.İsrailov və Q.Mustafayev də 4 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Hələlik, bu açıqlamaya sözügedən idmançıların münasibətini öyrənmək mümkün olmayıb.

Xatırlatma

Azərbaycan Milli Antidopinq Agentliyi 2017-ci ilin yanvarından fəaliyyətə başlayıb. 2018-ci ilin sonunda qurumdan bildirmişdilər ki, həmin il ölkədə ümumilikdə 40-a yaxın idmançıya cəza tətbiq edilib.

Multimedia

XS
SM
MD
LG