Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Yanvar, bazar, Bakı vaxtı 09:38

Sərhəddə donuz qripinə qarşı avadanlıq quraşdırılıb


Donuz qripindən qorunmaq üçün nələri bilmək lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Donuz qripindən qorunmaq üçün nələri bilmək lazımdır?

Azərbaycanın bütün gömrük-keçid məntəqələrində donuz qripi əleyhinə xüsusi avadanlıq quraşdırılıb.

«Report» xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir: «Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq... Hər bir şey nəzarətimizdədir».

Azərbaycanla həmsərhəd Gürcüstanda donuz qripi aşkarlandığı və bu xəstəlikdən 10-dan çox şəxsin öldüyü bildirilir. Azərbaycan Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə donuz qripi aşkarlanmayıb. Amma nazirlik bildirib ki, Azərbaycanda donuz qripi ilə bağlı palatalar yaradılıb və onlar hazırlıq vəziyyətinə gətiriliblər.

Xatırlatma

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus «donuz qripi» adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Həmin viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

Donuz qripinə yoluxma ilk dəfə 2008-ci ilin aprelində qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG