Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 17:43

'Açıq qapı günü' keçiriləcək


Müdafiə Nazirliyi

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ( dekabrın 31-i) və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına «Açıq qapı günü» təşkil olunacaq.

Bu barədə Müdafiə Nazirliyinin dekabrın 17-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

««Açıq qapı günü» çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və suallar cavablandırılacaq», - deyə məlumatda yazılır.

Məlumatda bayram günü münasibətilə şəxsi heyətdən ötrü mədəni-kütləvi tədbirlərin keçiriləcəyi də bildirilir.

Xatırlatma

31 dekabr 1992-ci ildən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edilir.1989-cu il dekabrın son günlərində Azərbaycan SSRİ-nin bir çox İranla sərhəd bölgələrində sərhəd məftilləri sökülüb. Bu, İran İslam Respublikasında yaşayan azərbaycanlılarla həmrəylik aksiyası adlandırılıb.

Multimedia

XS
SM
MD
LG