Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Bakı Limanı köçürülür


Yeni Bakı limanı

Bakı bulvarında yerləşən Bakı Limanının yük terminalının köçürülməsinə başlanılıb.

Bu barədə «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Vəfa Səfərli bildirib. Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir, növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə- Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılacaq.

V.Səfərli vurğulayıb ki, bütün avadanlıqların yeni limana köçürülməsinin 2019-cu ilin ortalarına kimi başa çatması nəzərdə tutulur. Bundan sonra isə həmin yer Bakı bulvarının bir hissəsinə çevrilməlidir.

Xatırlatma

1902-ci ildə təsis edilən Bakı Limanı Xəzər dənizinin ən qədim və böyük limanıdır. 2015-ci ildə prezident İ.Əliyevin sərəncamı ilə Bakı Limanı yenidən qurulub və qapalı səhmdar cəmiyyəti (QSC) yaradılıb.

Bu il mayın 14-də isə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılışı olub. Bu kompleksinin inşasına 2010-cu ildən başlanıb. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir.

XS
SM
MD
LG