Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Qızıl medal alanlara güzəşt edilmədi


Milli Məclis

Azərbaycanda məktəbi qızıl medalla bitirən şagirdlərin universitetə yalnız bir imtahan verərək qəbul olunması ilə bağlı təklif yeni hazırlanan «Ümumi təhsil haqqında» qanun layihəsindən çıxarılıb.

«Report»un xəbərinə görə, buna səbəb müzakirələr zamanı ekspertlərin təklifə müsbət rəy verməməsi olub.

Qanun layihəsinin 13-cü maddəsinin 18-ci bəndinə əsasən, ümumi təhsili xüsusi uğurla başa vuran məzunlar qızıl və ya gümüş medalla təltif olunurlar.

9-cu bənddə isə deyilirdi: «Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar». Bu güzəşt qanun layihəsindən çıxarılıb.

Yeni hazırlanmış «Ümumi təhsil haqqında» qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG