Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:58

TANAP və TAP birləşdirilib


TANAP-TAP

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin seqmentləri olan TANAP (Trans Anadolu Qaz Kəməri) və TAP (Trans Adriatik Qaz Kəməri) bir-birinə qaynaq edilib.

AZƏRTAC xəbər verir ki, onları birləşdirən qızıl qaynaq TANAP və TAP nümayəndələrinin iştirakı ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində müvəffəqiyyətlə tamamlanıb.

Bu iki kəmərin birləşməsi ilə Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından çıxarılan təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya nəql oluna biləcək.

Xatırlatma

TANAP və TAP Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentləridir. Layihəyə bütünlükdə 40 milyard dollardan çox xərc çəkilməlidir. Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.

İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP istifadəyə verilib. TAP-ın isə 2020-ci ildə istismara veriləcəyi gözlənir.

TANAP-ın 51 faizi «Cənub Qaz Dəhlizi» QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi «Botaş»a, 12 faizi isə BP şirkətinə məxsusdur.

TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagás» (16 faiz) və «Axpo» (5 faiz) şirkətləridir.

Multimedia

XS
SM
MD
LG