Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:32

Azərbaycan qrupda ilk qələbəsini qazanıb


UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-i saat 22:45-də Torsvollur stadionunda Farer adaları - Azərbaycan oyunu keçirilib.

Azərbaycan səfərdə rəqibin qapısından 3 cavabsız top keçirib. Yığmanın heyətində Riçard Almeyda dubl edib, Dmitri Nazarov isə bir dəfə fərqlənib. Bununla da qrupda ilk qələbəsinə qazanan Azərbaycan yığması xallarını 5-ə yüksəldib. Bundan əvvəl Azərbaycan qrupda Malta və Kosovo yığması ilə keçirdiyi oyunlarda bərabərliklə kifayətlənmişdi.

UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa, əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir. Çünki 2020-ci ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-nün vəsiqəsi UEFA Millətlər Liqasında əldə edilməlidir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020-nin seçmə mərhələsində oynanılacaq.

Azərbaycan yığması D liqasının III qrupunda yer alır.

Multimedia

XS
SM
MD
LG