Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 19:58

Əliyevin Putinlə görüşü gözlənir


İ.Əliyev və V.Putin

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfər edəcəyi bildirilir.

Bu haqda Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında yazılıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin sabah, sentyabrın 1-də Soçi şəhərində Azərbaycan prezidentini qəbul edəcək.

İki ölkə rəhbərinin ticarət və iqtisadi əlaqələr də daxil olmaqla, ikitərəfli gündəmin əsas məsələlərini müzakirə edəcəyi bildirilir.

Görüşdə mövcud beynəlxalq və bölgədaxili məsələlər ətrafında fikir mübadiləsinin də aparılacağı gözlənir.

Məlumatda həmçinin, müzakirələrin yekunu olaraq, hökumətlərarası və qurumlararası bəzi sənədlərin imzalanmasının da gözlənildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG