Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:19

Dövlət qulluğuna iddiaçılar imtahandan keçir


İmtahan. Foto arxiv

Sabah, avqustun 18-də dövlət qulluğunda inzibati icraçı vəzifələrə qəbulda test imtahanı keçiriləcək.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir.

Məlumata görə, imtahanlar Bakı şəhərində baş tutacaq.

İmtahanda iştirak etməkdən ötrü BA qrupu üzrə 250, BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib. Vakant vəzifə yerləri haqda məlumat verilmir.

İmtahanlar saat 10:00-da başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etməkdən ötrü qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq, «İmtahana buraxılış vərəqəsi»ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara «Namizədin yaddaş kitabçası» da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və başqa zəruri məlumatlar çatdırılır.

Test imtahanından müvəffəqiyyətlə keçənlərə vəzifələrə uyğun sertifikatlar veriləcək. Həmin sertifikatların müddəti beş ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati icraçı vəzifələrə baş mühasib, baş məsləhətçi və məsləhətçi kimi vəzifələr daxildir.

Multimedia

XS
SM
MD
LG