Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:14

Həbsdə olan cəbhəçinin ailəsi rəsmi məktub alıb


Foto arxiv

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Babək Həsənovun ailəsi Pentinsiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun müraciətlərinə verdiyi cavabdan razı deyillər.

Bu barədə AzadliqRadiosuna Babək Həsənovun qardaşı Cavid Həsənov məlumat verib.

Cavid Həsənovun deməsinə görə, ona ünvanlanan məktubda bildirilir ki, Bakı istintaq təcridxanasında saxlanan qardaşı Babək Həsənovla ailəsinin görüşünə və telefon danışığına icazə verilməməsi barədə Penitensiar Xidmətə, İnsan Hüquqları üzrə Müvəkkilə ( Ombudsmana) göndərdiyi müraciətlərə baxılıb.

Məktubda onun bildirməsinə görə, habelə, vurğulanıb ki, Babək Həsənov təcridxanaya qəbul olunduğu gündən zəruri maddi-məişət şəraiti ilə təmin edilib.
“ Hüquqlarından “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanun”da nəzərdə tutulan qaydada istifadə edir. Araşdırma zamanı müəyyən edilib ki, həbsdə saxlanılan Babək Həsənovun görüş və telefon danışığı hüququna təcridxana rəhbərliyi tərəfindən heç bir məhdidiyyət qoyulmayıb” deyə Cavid Həsənovun bildirməsinə görə, məktubda yazılıb.
Cavid Həsənovun deməsinə görə isə, onlar faktiki Babək Həsənovla nə görüşə, nə də telefonla danışa biliblər :

“Burdan isə belə anlaşılır ki, Pentinsiar Xidmətdən heç bir qadağa yoxdur. Qadağa əslində yuxarıdan qoyulub. Biz yenə də qanuni vasitələrdən istifadə edəcəyik”.

Cavid Həsənov bildirib ki, avqustun 13-də Nəsimi Rayon Məhkəməsində onların bu barədə şikayətinə baxılacaq.
Bütün bu deyilənlərə, hələlik, Pnitensiar Xidmət və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Babək Həsənov AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və bu partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birgə bu il mayın 25-də axşam saatlarında saxlanılıb.Məhkəmə onlar haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) də birgə məluimatyaymışdı.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonununkeçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həminvəsaitləri alıb partiya rəhbərinə çatdırdığı bildirilirdi.

Cəbhəçilər, eləcə də S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

AXCP üzvləri özlərini təqsirli bilmirlər.

AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib. Cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG