Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 17:03

Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir


Konfrans

Bu gün, mayın 18-də Bakıda 1-ci Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir. Konfransı Qida Təhlükəsizliyi Agentliyi, Avropa Birliyi və Dünya Bankının Azərbaycandakı nümayəndəlikləri birgə təşkil edir.

Konfrans 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi – «WorldFood Azerbaijan 2018» sərgisi ilə paralel təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, qida təhlükəsizliyi məsələsi cəmiyyət həyatında stabilliyin, dayanıqlı inkişafın təmin olunmasından ötrü strateji əhəmiyyət daşımaqdadır.

O vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd Agentliklə beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini əlaqələndirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG