Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Laçının işğalından 26 il keçir


19 laçınlının qurtuluş dastanı (və ya 53 günlük mühasirə necə yarıldı)
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

19 Laçınlının qurtuluş dastanı (və ya 53 günlük mühasirə necə yarıldı?)

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər.

Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi deyilir. 300-ə yaxın insanın həlak olduğu və ya girov götürüldüyü bildirilir. 64 min sakinin köçkün düşdüyü açıqlanıb.

Verilən rəsmi məlumata görə, habelə, rayonda 8 min 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 100-dən çox məktəb, 200-dən çox tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

Əhəmiyyətli geo-strateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Bu rayonun işğalı ilə Ermənistan Dağlıq Qarabağla quru əlaqələr əldə edib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ, ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) və bəzi əlavə kəndlər işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG