Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:16

Əli Həsənov Helsinki Komissiyasındakı dinləmələrə cavab verib


Ə.Həsənov

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Helsinki Komissiyasının mayın 9-da keçirdiyi «Azərbaycanda seçkilər və fundamental azadlıqlar» mövzusunda dinləmələri tənqid edib.

Ə.Həsənov dinləmələrlə bağlı mülahizələrini özünün Facebook səhifəsi üzərindən paylaşıb. O vurğulayıb ki, dinləmələrdəki çıxışçılar Azərbaycanda baş verən proseslər barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürləri əks etdirib.

Dinləmələrdə xaricdən yayımlanan MeydanTV-nin rəhbəri Emin Milli və mühacir bloqqer Orduxan Teymurxan da iştirak edib. Adlarını çəkmədən onların çıxışlarının məzmununa toxunan Ə.Həsənov daha sonra deyib ki, mühacirlərin bəziləri alətə çevrilib.

***Buna da bax-Helsinki Komissiyası 'Azərbaycan dinləməsi' keçirib

«...Xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib. Onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər. Görünür, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar, mütəmadi təlimatlar dayanır», - deyən Ə.Həsənov onları bundan çəkinməyə səsləyib.

Xatırlatma

ABŞ-ın Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirib.

Dinləmələrdə Helsinki Komissiyasının siyasi müşaviri Everett Prays, ABŞ Massaçusets Universitetinin tarix professoru Odri Altştadt, habelə MeydanTV saytının direktoru E.Milli, mühacir bloqqer O.Teymurxan çıxış ediblər.

Çıxışlar Azərbaycan hökumətini tənqidi məzmunda olub. Azərbaycanda əsas insan hüquq və azadlıqlarının ciddi ölçüdə məhdudlaşdırıldığı, tənqid edənlərin həbs olunduğu vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG