Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 01:28

Keçmiş baş nazir eks- prezidentin müavini oldu


Sapar Isakov partiya qurultayında

Qırğızıstanın keçmiş baş naziri Sapar Isakov keçmiş prezident Almazbek Atambaev-in rəhbərlik etdiyi Sosial Demokratik Partiyanın (KSDP) sədr müavini olub.

Isakov bu posta partiyanın aprelin 27-də Bişkekdə keçirilən qurultayında seçilib. Bir gün öncə isə onu müstəntiqlər dindiriblər. Dindirilməyə ötən qışda paytaxtın bəzi hissələrinin istiliksiz qalması səbəb olub.

Isakov-un Atambaev-in müavini seçilməsi keçmiş prezidentin ona dəstəyi kimi dəyərləndirilir.

Onun hökumətini prezident Sooronbai Jeenbekov aprelin 19-da buraxıb. Parlament hökumətə etimadsızlıq səsverməsi keçirmişdi.

KSDP-nun başçılıq etdiyi hakim koalisiya da gözlənilmədən Isakov hökumətinə dəstəyini geri çəkmişdi.

Isakov-un varisi Mukhammedkalyi Abylgazievin hökuməti aprelin 25-də and içib.

XS
SM
MD
LG