Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:58

Qərb rayonlarında yağış gözlənir


Yağış

Aprelin 11-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Bəzi yerlərdə zəif duman olacağı, mülayim cənub küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-9, gündüz 16-21, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da aprelin 11-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı vurğulanır. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi bildirilir. Gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı təxmin edilir.

Multimedia

XS
SM
MD
LG