Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Prezident: 'Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq,…'


Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı

«Yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı humanizm prinsiplərini təşviq edir və fəaliyyətini bütün ölkələrin ərazi bütövlüyü prinsipi ilə əsaslandırır».

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev aprelin 5-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda keçirilən aralıq nazirlər konfransında bildirib.

Dövlət başçısı deyib ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın əraziləri hələ də işğal altındadır: «Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, ona qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb...».

Prezident vurğulayıb ki, bu il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100 illiyi tamam olur.

O, daha sonra qeyd edib ki, Azərbaycan 26 ildir yenidən müstəqillik əldə edib: «Biz 26 ildir, müstəqilik. İqtisadi müstəqillik önəmlidir. Ona görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb».

Xatırlatma

Bu gün, aprelin 5-də Bakı Konqres Mərkəzində «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir.

1961-ci ildə yaradılan Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG