Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Küləyin Bakıdakı tozu qovacağı gözlənir


Bakını toz basıb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:51 0:00

Bakını toz basıb. Video arxiv

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri bu gün, martın 30-u günorta saatlarından Bakı və Abşeron yarımadasında havada tozun miqdarının azalaraq, sanitar norma daxilində olacağını proqnozlaşdırırlar.

Nazirliyin məlumatına görə, martın 30-dan ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar havada toz miqdarı sanitar norma halına düşəcək.

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin martın 29-da apardıqları monitorinqin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı sanitar normadan artıqdır. Buna səbəb kimi ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olması göstərilirdi.

Departamentin açıqlamasına görə, martın 29-u səhər saat 9 radələrində Bakı səmasında toz miqdarı normadan 20 faiz çox olub. Saat 12-də bunun 25, axşam saatlarında isə 40 faizə yüksəldiyi açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG