Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:12

Mitinqə icazə verilib


Mitinq

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın Müsavat Partiyası ilə birgə mitinqinə icazə verdiyi açıqlanıb.

Bu haqda AzadlıqRadiosuna Milli Şuraya daxil olan AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib. Onun deməsinə görə, birgə etiraz aksiyası ilə bağlı müraciətə BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab verib. İ.Hüseyn vurğulayıb ki, cavabda BŞİH-in aksiyanın martın 31-də keçirilməsinə razılıq verdiyi ifadə olunub.

Mitinqdə «Azad seçki!», «Korrupsiyaya yox!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» kimi şüarların səsləndiriləcəyi bildirilir. Habelə aksiyada 31 mart qırğınlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şüarların səslənəcəyi də gözlənir.

1918-vi il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir. Bu il ölkənin bir sıra yerlərində də bununla bağlı anım mərasimlərinin keçirilməsi planlaşdırılır.

Təşkilatçılar aksiya ilə bağlı martın 16-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət təqdim etmişdi.

Milli Şurası və Müsavat Partiyası son dövrlər ilk birgə mitinqi bu il martın 10-da keçiriblər.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək, onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Azərbaycan rəsmiləri isə bəyan ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Multimedia

XS
SM
MD
LG