Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:52

Martın 28-də Bakı və Abşeron yarımadasında havanın buludlu, əsasən yağmursuz olacağı bildirilir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-10, gündüz 16-21, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı vurğulanır. Gecə 6-11, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-7 aşağı enəcəyi təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG