Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:31

Külək cənub rayonlarında fəsadlar törədib


Illüstrasiya

Martın 24-də axşam saatlarından başlayaraq cənub bölgəsində əsən güclü küləyin təsərrüfatlara və sosial obyektlərə ciddi ziyan vurduğu bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, güclü külək Lerik, Lənkəran, Masallı, Cəlilabad rayonlarında elektrik dirəklərini, naqilləri qırıb, bir neçə fərdi yaşayış evinin və sosial obyektin dam örtüyünü uçurub.

Xəbərə görə, ən çox fəsad Masallı rayonuna dəyib. Rayondakı 10 kilovoltluq elektrik xətlərində qəza baş verdiyindən Masallı şəhəri istisna olmaqla, rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjinin verilməsinin dayandırıldığı açıqlanıb.

Xəbərdə bildirilir ki, bundan başqa, 10 kilometrə yaxın rabitə kabeli sıradan çıxıb, 130 rabitə dirəyi, 45-ə yaxın irigövdəli çoxillik ağac aşıb. Ağacların aşması nəticəsində bir neçə avtomobilə ziyan dəydiyi deyilir.

Habelə bildirilir ki, külək Masallı şəhərindəki dördmərtəbəli 32 mənzilli yaşayış binasının 300 kvadratmetr dam örtüyünü uçurub. Rayonun Qəriblər kəndində yerləşən ümumi yaşayış binasının, Həsənli kənd tam orta məktəbinin, yeni Zuvand, Təklə, Qodman, Ərkivan 1 nömrəli, Ərkivan 5 nömrəli və Qəriblər kənd məktəblərinin də dam örtüyünə ziyan dəydiyi açıqlanıb.Üstəlik, Qızılağac və Hişkədərə kəndində yerləşən uşaq bağçalarının binalarının da ziyan gördüyü deyilir.

Verilən məlumata görə, Ərkivan qəsəbəsində iki istixana və heyvandarlıq ferması da ciddi zərər görüb. Sərcuvar kənd sakininə məxsus kənd təsərrüfatı təyinatlı obyektin dam örtüyünün uçması nəticəsində isə 2000-ə yaxın cücənin tələf olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG