Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:19

Martın 17-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında mülayimləşəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.

Martın 17-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG