Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 15:41

AZAL reyslərinə qeydiyyat qaydalarını sərtləşdirir


AZAL

«Azərbaycan Hava Yolları» (AZAL) şirkəti öz reyslərinə qeydiyyat qaydalarının sərtləşdirildiyini açıqlayıb.

2018-ci il yanvarın 15-dən etibarən bütün aeroportlarda AZAL-ın reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış yekunlaşacaq. Hazırda bu müddət 40 dəqiqədir.

Şirkətin məlumatında bildirilir ki, eyni zamanda, qeydiyyat hazırda olduğu kimi, uçuşdan iki saat deyil, üç saat öncə başlayacaq.

Şirkət sərnişinləri qeydiyyatdan keçməkdən ötrü tez gəlməyə və onlayn qeydiyyat xidmətindən istifadə etməyə, yükü «Baggage Drop-off»a təhvil verməyə dəvət edib.

Dəyişikliklərin səbəbləri açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG