Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:41

Novruz bayramında bir həftə iş olmayacaq


Bakıda Novruz şənlikləri

Bu il Novruz bayramı ilə bağlı bir həftə iş olmayacaq.

Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il dekabrın 6-də verdiyi qərara görə, 20, 21, 22, 23 və 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə gününə düşdüyündən martın 26-da da iş günü sayılmayacaq.

Bundan başqa, martın 8-i Qadınlar, mayın 9-u faşizm üzərində Qələbə, mayın 28-i Respublika gününə, iyunun 15-i,16-sı Ramazan bayramına, iyun 26-sı Silahlı Qüvvələri gününə, avqustun 22-si və 23-ü də Qurban bayramına düşür. Habelə, noyabrın 9-u Dövlət Bayrağı günü , dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə qeyri iş günü sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG