Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 01:27

'DəmirBank'dakı əmanətlərin taleyi…


DəmirBank

«Əmanətlərin Sığortalanması Fondunun (ADIF) «DəmirBank» Açıq Səhmdar Cəmiyyətində (ASC) bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün kifayət qədər vəsaiti var».

ADİF-in məlumatında belə bildirilir.

Məlumatda vurğulanır ki, «DəmirBank» ASC-də qorunan əmanətlər «Əmanətlərin sığortalanması haqqında» Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.

«DəmirBank»da bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsindən ötrü Fondun kifayət qədər vəsaitinin olduğu qeyd edilir.

Qorunan əmanətlər üzrə kompensasiyaların alınmasından ötrü sənədlərin qəbulu vaxtı və yeri barədə əmanətçilərə əlavə məlumat veriləcək.

Ancaq hazırda «DəmirBank» ASC-də nə qədər qorunan və nə qədər qorunmayan əmanət olduğu açıqlanmır.

Xatırlatma

Dekabrın 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası «DəmirBank» ASC-nin lisenziyasının ləğv edilməsinə qərar verib.

Palata bu qərarın bankın məcmu kapitalının müəyyən edilən minimum miqdardan və adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulan 3 faizdən az olmasına əsasən qəbul edildiyini bildirir.

Habelə, qərar kreditorlar qarşısında olan öhdəliklərin yerinə yetirilməməsi ilə izah edilib.

Ötən il Azərbaycanda 11 bankın da lisenziyası ləğv edilmişdi. Bu qərarlar da həmin bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Həmin banklarda qorunan əmanətlərin heç də hamısı, hələ ki, tam ödənilməyib. Qorunmayan əmanətlərin qaytarılmasından isə söhbət getmir.

Üstəlik, Hesablama Palatası bildirib ki, əmanətlərin qaytarılmasında pozuntulara yol verilib. Fond isə bu açıqlamaya, hələ ki, cavab verməyib.

Azərbaycanda hazırda 30 bankın qaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG