Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:42

Hökumətin Azərbaycana idxal edilən xam ipəyə və pərakəndə satış məqsədilə qablaşdırılmamış ipək sapa gömrük rüsumunun dərəcələrini dəyişdiyi bildirilir. Yeni qaydaların gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi vurğulanır.

APA-nın xəbərinə görə, bu qaydalar Nazirlər Kabinetinin təsdiq etdiyi «Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə göstərilib.

Xəbərdə bildirilir ki, hazırda qüvvədə olan qaydalara görə, açılmağa yararlı barama qurdunun baraması idxal gömrük rüsumundan azaddır. Yeni qaydalar qüvvəyə mindikdən sonra açılmağa yararlı barama qurdunun baraması və eşilməmiş xam ipəyə 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq. İplik istisna olmaqla, pərakəndə satış məqsədilə qablaşdırılmamış ipək sapa tətbiq edilən 5 faiz idxal gömrük rüsumu isə 15 faizə qaldırılacaq.

Xatırlatma

Nazirlər Kabineti son zamanlar bəzi mallara gömrük idxal rüsumlarını dəyişib.

Azərbaycana idxal edilən qəzet kağızları idxal gömrük rüsumundan azad edilib.

Ancaq bəzi minik avtomobillər üzrə motorlarının gücündən asılı olaraq, gömrük rüsumları artırılıb. Artım təqribən 75 faiz olub.

Azərbaycana idxal edilən kitablara, qəzetlərə, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatlarına hazırda tətbiq edilən 3 faizlik idxal gömrük rüsumları isə gələn ildən 5 faiz olacaq.

Nazirlər Kabineti qızılgül və qərənfilə görə də gömrük rüsumunu artırıb. Bundan başqa, əksər tikinti materiallarının da idxal gömrük rüsumu dəyişdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG