Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 23:36

Jurnalistdən AZAL-ın əməkdaşına qarşı 166 minlik iddia


Hospital

Jurnalist İmdad Əlizadə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) işçisi Seymur Qarayevə qarşı 166 min 531 manatlıq mülki iddia qaldırıb. Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində bəlli olub.

S.Qarayev bir piyadanın ölümü, daha birinin xəsarət almasına səbəb olan yol qəzasına görə məhkəmə qarşısına çıxarılıb. Qəza nəticəsində dünyasını dəyişən şəxs isə jurnalistin atası Əli Əliyev olub. O, hadisədən sonra uzun müddət komada qalıb və 1 il 4 ay 18 gün sonra dünyasını dəyişib.

Təqsirləndirilən S.Qarayev həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Zərərçəkmiş qismində tanınan İ.Əlizadə isə onun həbs olunmasını istəyir. Məhkəmədə də bu haqda şifahi vəsatət qaldırıb. Amma hakim deyib ki, belə vəsatətlər yazılı olmalıdır.

İ.Əlizadə iddia edir ki, qəzadan sonra atasının müalicəsi üçün 1 saylı Kliniki Tibbi Mərkəzdə («Semaşko») 4 min 700, Mərkəzi Klinik Xəstəxanada 67 min 881, «Avrasiya» Hospitalda 59 min 50, Bakı Sağlamlıq Mərkəzində 5 min 900 manat, dəfn və yas mərasimlərinə 14 min manat xərclənib. «Avrasiya» hospitalına 11 min 270 manat da borclu qalıblar. Zərərçəkmiş xəstəxana qəbzlərini də təqdim edib.

S.Qarayev özünü təqsirli bilsə də, mülki iddianı qəbul etməyib. Deyib ki, hadisənin qarşısını almaq üçün çalışıb, lakin avtomobili saxlaya bilməyib. Zərərçəkmişlərə də imkan daxilində yardım göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG